Goranboyda sel qaz xəttini iki hissəyə bölüb

8-09-2019, 17:03
10
Goranboyda sel qaz xəttini iki hissəyə bölüb

Goranboy rayonu Veyisli qəsəbəsinə gedən poletilen qaz xəttinə birləşmə nöqtəsində çay keçidində güclü sel gələrək səhər saat 6.00 radələrində qaz xəttini 2 hissəyə bölüb.

"Azəriqaz" İstehsalat Birliyindən APA-ya verilən məlumata görə, həmin saatlarda qaz təminatında fasilə yaranıb.

Lakin təxirəsalınmaz tədbirlərlə günorta saatlarında 2200 abonentin qaz təminatı bərpa olunub. Hazırda qəza baş verən ərazidə sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti