Bakıda təmirlə əlaqədar iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

8-09-2019, 17:39
7
Bakıda təmirlə əlaqədar iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah səhər saatlarından etibarən Xətai rayonu, “NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına start veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) APA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq həmin küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti