Jurnalistləri şantaj edib pul qazanmaq istəyən ,,jurnalist''i tanıyaq

9-09-2019, 13:13
37
Jurnalistləri şantaj edib pul qazanmaq istəyən ,,jurnalist''i tanıyaq

Hələ bir neçə il bundan öncə özünü ölkəmizin şimal zonasında ,,firon'' hesab edən, vəzifə sahiblərini şantaj etməklə pul qazanmağın yollarını öyrənən və digər ,,qulbeçə'' addımları ilə bölgədə xüsusi ad-san çıxaran Cəmil Məmmədlinin kimliyi, artıq əksəriyyətə məlumdur. Məsələn, adı çəkilən bu şəxs hər kəsə özünü ,,Azadlıq'' radiostansiyasının əməkdaşı kimi təqdim edib, bu ad altında minbir hoqqalardan çıxırdı. Sən demə bu şəxscik Xaçmazdakı ''Alpançay,, ,,priton''a da himayədarlıq edirmiş. Düzdür, həmin ünvan bu gün fəaliyyətini dayandırıb. Amma, onu da unutmaq olmaz ki, Cəmil Məmmədli ,,Alpançay''dakı eybəcərliklərlə, yəni həmin ünvanda qadınların cinsi istismar edilmələri haqda məlumatları və digər qanusuzluqları eşidib, həmin ünvana üz tutan jurnalistləri də şantaj etməkdən çəkinmir. Belə ki, ,,ağasından'' aldığı sifarişi canbaşla yerinə yetirən, az sonra jurnalistləri kameraya çəkib ,,siz 1500 manat verin ki, bu çəkilişi efirə verməyim'' deyən bu şəxscikin, indi iç üzü hər kəsə bəlli olur. Yaxın vaxtlarda Cəmil Məmmədlinin ,,Azadlıq'' radiostansiyası adı altında minbir hoqqalardan çıxması haqda geniş məqalə dərc edəcəyik. Odur ki, bizi izləməyi unutmayın ki, bu şəxsi daha yaxından tanıya biləsiniz.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti