Xırdalanda dərs başlamadan məktəbli forması dərdi valideynləri bezdirib

10-09-2019, 00:44
49
Xırdalanda dərs başlamadan məktəbli forması dərdi valideynləri bezdirib


Abşeron rayonu Təhsil Şöbəsi bu dərs ilində məktəblilərin bütün ölkə məktəblərindən fərqli forma geyinməsinə qərar verib. Bizimyol.info xəbər verir ki, Təhsil Şöbəsi bu qərarla yeni dərs ili başlamadan valideynlərin əsəblərini gərginləşdirməyi bacarıb. Belə ki, Xırdalanda məktəbli forması almaq üçün uzun növbələr yaranıb. İzləyicilərimizin Bizimyol.info saytına verdiyi məlumata görə, məktəbli forması yalnız bir mağazada satılır, orda da uzun-uzadı növbələr düzülüb. “Materialı keyfiyyətsiz, əksəriyyəti deffekt, ölçüləri tapılmayan bu formaları almaq üçün hələ saatlatla növbəyə durmalısan. Bu da bir inhisardır”,- deyə jurnalist Rəşad Vaqifoğlu sosial şəbəkədə bildirib. “Biz dünən 3 saat 45 dəqiqədən sonra keyfiyyətsiz paltar almağa nail ola bildik”,- deyə izləyicilərimizdən biri yazır. Abşeron Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışssaq da, zənglərimizə cavab verən olmadı. İlhamə, Bizimyol.info

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti