“Respublikanski” xəstəxana xəstəni qəbul etmək istəmədi

10-09-2019, 01:09
7
“Respublikanski” xəstəxana xəstəni qəbul etmək istəmədi

Bu gün Bakıda, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qarşısında insident yaşanıb. Bizimyol.info xəbər verir ki, xəstəxana işçiləri səhiyyə ocağının qarşısında qalan bir xəstəni qəbul etməkdən imtina ediblər. Hadisə şahidi olan izləyicimizin Bizimyol.info-ya verdiyi məlumata görə, ətrafdakı insanlar baş verənlərə laqeyd qalmayaraq, xəstəxananın qarşısına toplaşıblar. Etiraz edən insanlar xəstəxana rəhbərliyindən cavab tələb etdikdə, rəhbərliyin nümayəndələri və həkimlər gizlənərək, çölə çıxmaq istəməyiblər. Dəqiqələrlə sürən israr və təkid nəticəsində xəstəxana xəstəni qəbul etməyə məcbr olub. Xəstənin həqiqətən qəbul edildiyini, ümumiyyətlə nə üçün belə bir problem yaradıldığını xəstəxana rəhbərliyindən soruşmaq istədik. Zəngləriməzə qəbul şöbəsindən cavab verildi. Xəttin o biri başındakı qadın nə növbətçi həkimin, nə də digər həkimlərin xəstəxanda olmadığınıp, baş həkimin isə guya Səhiyyə Nazirliyin getdiyini söylədi. Bütün suallarımıza başdansovdu cavab verən qəbul şöbəsinə “bu barədə xəbər yazacağıq , mövqeyinizi öyrənmək istəyirik” deyəndə isə “nə bilirsiniz edin, nə istəyirsiniz yazın” dedi. Görünür bu xəstəxanda hər kəs nə bilirsə edir, hərə istədyi işlə məşğuldur deyə məsələnin ciddiyyətini anlamırlar. Dövlət xəstəxanası qapısının qarşısında çarəsiz vəziyyətdə dayanmış xəstəni qəbul etmirsə ən azından elə dövlətinin adına, səhiyyə sisteminə ləkə vurmuş olur. Məsələni araşdırmağa davam edəcəyik. İlhamə Bizimyol.info

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti