Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub

10-09-2019, 11:32
8
Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti