Lənkəranda dəhşətli qəza: 5 ölü, 4 yaralı — MƏHKƏMƏ

25-08-2018, 10:26
48
Lənkəranda dəhşətli qəza: 5 ölü, 4 yaralı — MƏHKƏMƏ
Lənkəran rayonunda 5 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanı törədən sürücü cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

"Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 263.3-cü maddəsiylə məhkum olunan Aslanov Eldar Zeynal oğlunun məhkəmə prosesi sentyabr ayının 9-da hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək. 

2017-ci il noyabr ayının 24-də isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2016-cı il sentyabr ayının 9-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106” markalı, 42 BU 831 dövlət nömrə nişanlı minik avtomobili rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi "Mercedes” markalı, 99 EA 802 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım maşınları cəlb olunub.

Xilasedicilər xüsusi alətlərin köməyi ilə "VAZ-2106” markalı minik avtomobilində sıxılıb qalmış sürücünün və sərnişinlərin cəsədlərini, eləcə də bir nəfər yaralını, "Mercedes” markalı avtomobildən 6 yaralını çıxararaq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar.

Yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2106” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Qiyas oğlu Quliyev, sürücünün həyat yoldaşı Əzizə Ağadadaş qızı Quliyeva, Boladi kənd sakinləri Bahar İmran qızı Bağırova və Nazilə Hacıbala qızı Seyfullayeva dünyasını dəyişiblər.
"Mersedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Parakənd qəsəbə sakinləri Eldar Zeynal oğlu Aslanov, Elman Balazər oğlu Ağazadə, Akif Əbülhəsən oğlu Nuriyev, Murad Orucəli oğlu Cəfərli, Elvin Həmzə oğlu Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Fərhad qızı Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bildiriblər ki, yaralılardan biri - Reyhan Fərhad qızı Mahmudova həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti