Azərbaycanla sərhəddə erməni əsgər yaralanıb

5-10-2019, 13:11
4
Azərbaycanla sərhəddə erməni əsgər yaralanıb

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda hərbi qulluqçu Armen Çaxmaxçyan yaralanıb.

 

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Hadisənin oktyabrın 4-də Ermənistanın Tavuş vilayətinin Koti kəndi yaxınlığındakı sərhəd zonasında baş verdiyi məlum olub. Yaralı tibb mərkəzinə aparılıb, həyatı təhlükədədir.

Kəndin rəhbəri Feliks Melikyanın sözlərinə görə, əsgər çiynindən yaralanıb. Onu Mərkəzi Klinik Xəstəxanaya köçürüblər.

Ovhannisyan, son günlərdə Ermənistan silahlı qüvvələrinin bir hərbçisinin öldüyü və daha 3-ünün yaralandığı barədə sosial şəbəkələrdə daha əvvəl yayılan xəbəri də təsdiqləyib.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti