Ekspert: “Afrika ölkələri ilə bir sıradayıq, çünki əlahəzrət neftdən asılıyıq”

9-10-2019, 14:45
4
Ekspert: “Afrika ölkələri ilə bir sıradayıq, çünki əlahəzrət neftdən asılıyıq”

“Yaxın günlərdə hökumət təbliğatının əsas mövzusu Azərbaycanın Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində 11 pillə irəliləməsi olacaq. Azərbaycan hazırda 62,7 bal ilə (2,7 bənd əlavə edib) reytinq siyahısında 58-ci yeri tutur”.

 

Bizimyol.info xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərzadə məlumat verib. O fikrini bu şəkildə izah edib:

 

Natiq Cəfərli Natiq Cəfərli

 

“Təbliğata start verilmədən mən göstəticiləri tərcümə edim ki, TV də eşidəndə təsəvvürünüz olsun. Deməli belə, qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur və 141 ölkə nəzərə alınır: 1) Azərbaycan "əmək bazarı" indeksində 21-ci yerə qalxıb, 2018-ci ildə isə 40-cı yerdə idi, səbəbi - hökumətin rəsmi statistikasıdır, deyirlər cəmi 5% işsiz var, Forum da inanır, çünki başqa müstəqil mənbəələr yoxdur (bu amili həmişə təkrar etməyəcəm, bütün indikatorlarda keçərlidir), 2) "Biznesin dinamikliyi" indikatorunda 23 yer, 2018-də 31-ci yer idi, səbəbi - vergi və gömrükdə baş verən müəyyən dəyişiklik, qeydiyyatın asanlaşması və s. - burada müəyyən həqiqət var, 3) "Ərzaq bazarı", 23-cü yer, 2018-də 37-ci yer, səbəbi - aqrar sektorda atılan addımlar, hökumətin təqdim etdiyi rəsmi rəqəmlər, 4) "İnfrastruktur" 38-ci yer, 2018-də 46-cı yer, səbəbi - yol, enerji və digər kommunal xidmətdə dövlət investusiyaları, burada da həqiqət payı var, 5) "Bacarıqlar", 48-ci yer, 2018-də 54-cü yer, səbibi - sorğularla müəyyən edilir, xalqımız bacarıqlıdı, sistem zaydl, 6)"İctimai institutlar", 49-cu yer, keçən il 58-ci yer, səbəbi - hökumətin məlumatları, QHT şurası, KİV-ə dəstək şurası və s. qurumların pozitiv təqdimatı, əslində isə ciddi geriləmə var, 7) "Bazarın miqyası", 67-ci yer, keçən il 65-ci yer, səbəbi - bu 141 ölkənin rəqəmsal göstəriciləri əsasında olur, fiziki göstəricilərə görə hesablanlr deyə önəmli deyil, 8) "İnnovativ potensial", 68-ci yer, keçən il 71-ci yer, səbəbi - hökumətin təqdim etdiyi məlumatlar, ciddi irəliləyiş yoxdur, 9) "İKT potensialı", 73-cü yer, keçən il 69-cu yer, səbəbi - digər ölkələrdə geriləmə olmasıdı, 10) "Maliyyə sistemi", 96-cı yer, keçən il də 96-cı yer - bu çox vacib indikatordur, dəyişiklik yoxdur və çox geridəyik, çünki maliyyə sistemi kövrəkdir, dayanıqlı deyil, bu göstəticidə qonşulardan çox geriyik, 11) "Səhiyyə", 98-ci yer, keçən il 91-ci yer - çox bərbad yerdəyik, azacıq irəliləməyin səbəbi "icbari tibbi sığorta" haqqında qəbul olmuş qərardır, amma bunun necə həyata keçməsi də sual altındadır, 12) "Makroiqtisadi sabitlik", 103-cü yer, keçən il 126-cı yer - hə, gəldik əsas məsələyə, bu göstəricidə Afrika ölkələri ilə bir sıradayıq, çünki bütün sabitlik tək bir faktordan, əlahəzrət neftdən asılıdı, sabitliyin dəyəri London birjasında müəyyən edilir, ancaq barellə ölçülür.

Yazdım ki, yeni təbliğat dalğasına hazır olasız, harda doğru, harda pafos olduğunu biləsiz”.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti