Salyanda avtomobil yaşlı qadını vurub

26-08-2018, 10:27
302
Salyanda avtomobil yaşlı qadını vurub

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, Həsənli kənd sakini, 1967-ci il təvəllüdlü Əzizov Əli Əzim oğlu idarə etdiyi "VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Qardili kənd sakini, 1954-cü il təvəllüdlü Zeynalova Məleykə İgidalı qızını vurub. Nəticədə M.Zeynalova xəsarət alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti