Bakının 3 rayonunda 50 min sakinin qaz təchizatı yaxşılaşacaq

1-11-2019, 13:39
9
Bakının 3 rayonunda 50 min sakinin qaz təchizatı yaxşılaşacaq

Bakı şəhərinin Xətai, Nəsimi, Səbail rayonlarında 50 min sakinin qaz təchizatı yaxşılaşacaq.

Azəriqaz İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bunun üçün mövcud istismara yararsız qaz kəmərlərinin yenilənməsinə başlanılıb.

Qeyd edək ki, Xətai, Nəsimi, Səbail rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 m olan 530 mm diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 m-lik hissəsi 2017-2018-ci illərdə təmir olunub.

Hazırda Xətai rayonu Xocalı prospektindən başlayaraq N.Rəfiyev küçəsi və Nobel prospekti ilə Y.Səfərov küçəsinə kimi mövcud olan 2000 m uzunluğundakı qaz kəməri 400 mm diametrində olan polietilen kəmərlə dəyişdirilir. İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70 %-i icra olunub.

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti