Daha bir süpürgəçini maşın vurub öldürdü

4-11-2019, 00:32
7
Daha bir süpürgəçini maşın vurub öldürdü

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı keçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti