FHN-in Akademiyasında beynəlxalq təlim keçiriləcək

5-11-2019, 14:35
7
FHN-in Akademiyasında beynəlxalq təlim keçiriləcək

3-8 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən FHN Akademiyasında beynəlxalq regional təlim keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hallara aidiyyəti dövlət qurumları tərəfindən çevik reaksiya verilməsi, axtarış-xilasetmə əməliyyatlarının vaxtında və səmərəli həyata keçirilməsi, kömək üçün gələn beynəlxalq dəstələrin fəaliyyətinin əlaqələndirilməsi sahəsində təlim iştirakçılarının peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti