Göyçaydakı qəzada yaralananların vəziyyəti necədir?

6-11-2019, 16:15
7
Göyçaydakı qəzada yaralananların vəziyyəti necədir?

Dünən Göyçayda “Qazel” markalı yük avtomobili ilə “VAZ-2106” markalı minik avtomobilinin toqquşması ilə nəticələnən qəzada yaralananlardan birinin vəziyyəti orta ağırdır. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti