Göyçayda yol qəzası, 5 yaralı

6-11-2019, 16:24
8
Göyçayda yol qəzası, 5 yaralı

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. 

Belə ki, "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2106" markalı minik avtomobilin sürücüsü Nəzərov Əlimirzə Saməddin oğlu və minik avtomobilində olan sərnişinlər - 2001-ci il təvəllüdlü Həmzəyev Şahvələd Mahir oğlu, 1990-cı il təvəllüdlü Yusifov Pərviz Qüdrət oğlu, 1982-ci il təvəllüdlü Abdülrəhimov Əşrəf Qismət oğlu və 1995-ci il təvəllüdlü Həmzəyev Həmzə Mahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti