Ata kibrit yandırdı, evdə partlayış oldu

8-11-2019, 14:21
5
Ata kibrit yandırdı, evdə partlayış oldu

Zərdabda partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Siləyli kəndində baş verib.

İlkin məlumatlara görə, evdə olan maye qaz balonunda sızma qeydə alınıb. Ev sahibi otaqda kibrit yandırdıqdan sonra partlayış olub.

Hadisə nəticəsində ev sahibi olan ata və azyaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bakıda olan xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Mikayılov

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti