Elmar Məmmədyarov Türk Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb

9-11-2019, 22:35
5
Elmar Məmmədyarov Türk Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirləri Şurasının Antalyada keçirilən iclası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Baş katib Bağdad Amreyev Türk Şurasının Bakı Zirvə Görüşünün yüksək səviyyədə təşkilindən məmnunluq ifadə etdi və Azərbaycanın bu kimi tədbirlərin keçirilməsi təcrübəsini yüksək dəyərləndirib. Baş Katib TDƏŞ-ə artan marağı qeyd edərək, bir çox ölkələr tərəfindən təşkilatda müşahidəçi qismində qoşulmaq istəyinin ifadə edildiyini bildirib.

Təşkilatın qarşıda duran əsas vəzifələrinə toxunan B.Amreyev üzv ölkələrinin energetika nazirlərinin görüşünün keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd edib.

Öz növbəsində nazir Elmar Məmmədyarov TDƏŞ gündəliyində duran başlıca məsələlərlə bağlı verilən ətraflı məlumata görə təşəkkür edərək, təşkilatın reallaşdırmağı nəzərdə tutduğu tədbir və layihələri təqdir edib.

Tərəflər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti