Bərdədəki “Leyla” çörək zavodunda hansı problemlər yaşanır?  - ŞOK FAKTLAR

14-11-2019, 11:32
70
Bərdədəki “Leyla” çörək zavodunda hansı problemlər yaşanır?  - ŞOK FAKTLAR

Bu da bir həqiqətdir ki, hal-hazırda respublikamızın iqtisadi həyatında özəl sektorun xüsusi əhəmiyyəti və rolu var. Çünki, gündəlik tələbat mallarının istehsalı ilə məşğul olan belə müəssisələr ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə bərabər, hər kəsin ən zəruri mallara, ələlxüsus ərzaq məhsullarına olan ehtiyaclarının təmin olunmasında müstəsna rol oynayırlar. Düzdür, bu gün özəl sektora aid müəssisələrin çoxu fəaliyyətlərini qanundan irəli gələn tələblər əsasında davam etdirsələr də, bəzilərinin fəaliyyəti isə qanunsuzluqlar çərçivəsində davam etməkdədir. Xüsusilə də, çörək, şirniyyat, kolbasa, su və digər müəssisələrdə baş alıb gedən antisanitariyanın, çoxsaylı qanunsuzluq hallarının varlığı və s. bu gün hər kəsə bəlli olan həqiqətlərdir. Faciə odur ki, neçə il bundan öncə toyuq ətindən istifadə edən dönərxanaların fəaliyyətlərinin qadağan olunması ilə bağlı, aidiyyatı qurumlar tərəfindən müvafiq qərar çıxarılsa da, çıxarılmış qərar elə qərar olaraq qaldı. Paytaxt Bakı şəhəri ilə bərabər, ətraf şəhər və rayonlardakı “Çudo Peçka”ların, çörək zavodlarının, dönərxanaların və digər növ ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətləri, heç də diqqətdən kənarda qalmadı. Hətta, həmin sahələrin fəaliyyətləri kəskin tənqid atəşinə də tutuldu. Çünki, belə bir fəaliyyət növü ilə məşğul olan istehsal müəssisələrində çox zaman etibarlılıq müddəti ötmüş məhsullar satısa çıxarılır, yaxud da təkrar istifadə olunur.Bu da bir həqiqətdir ki, hal-hazırda respublikamızın iqtisadi həyatında özəl sektorun xüsusi əhəmiyyəti və rolu var. Çünki, gündəlik tələbat mallarının istehsalı ilə məşğul olan belə müəssisələr ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə bərabər, hər kəsin ən zəruri mallara, ələlxüsus ərzaq məhsullarına olan ehtiyaclarının təmin olunmasında müstəsna rol oynayırlar. Düzdür, bu gün özəl sektora aid müəssisələrin çoxu fəaliyyətlərini qanundan irəli gələn tələblər əsasında davam etdirsələr də, bəzilərinin fəaliyyəti isə qanunsuzluqlar çərçivəsində davam etməkdədir. Xüsusilə də, çörək, şirniyyat, kolbasa, su və digər müəssisələrdə baş alıb gedən antisanitariyanın, çoxsaylı qanunsuzluq hallarının varlığı və s. bu gün hər kəsə bəlli olan həqiqətlərdir. Faciə odur ki, neçə il bundan öncə toyuq ətindən istifadə edən dönərxanaların fəaliyyətlərinin qadağan olunması ilə bağlı, aidiyyatı qurumlar tərəfindən müvafiq qərar çıxarılsa da, çıxarılmış qərar elə qərar olaraq qaldı. Paytaxt Bakı şəhəri ilə bərabər, ətraf şəhər və rayonlardakı “Çudo Peçka”ların, çörək zavodlarının, dönərxanaların və digər növ ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətləri, heç də diqqətdən kənarda qalmadı. Hətta, həmin sahələrin fəaliyyətləri kəskin tənqid atəşinə də tutuldu. Çünki, belə bir fəaliyyət növü ilə məşğul olan istehsal müəssisələrində çox zaman etibarlılıq müddəti ötmüş məhsullar satısa çıxarılır, yaxud da təkrar istifadə olunur.Diqqəti cəlb edən hallardan biri də, istehsal  müəssisələrindən bəzilərinin adlarının gizlədilməsi olur və belə bir halların varlığı, daha çox özünü regionlarda göstərir. Yəni, giriş hissəsində heç bir göstəricisi olmayan, adı hər kəsdən gizlədilən belə müəssisələrin çox zaman çörək, süd və süd məhsulları istehsal olunan sahələrə, içməlu su və limonad sexlərinə aid olması, yəqin ki, hər kəsə bəlli olan həqiqətlərdir. Düzdür, bu cür addımların qarşısının alınması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülsə də, təəssüflər olsun ki, hələ də bir çox istehsal sahələrində özbaşınalıqlar, antisanitariya, bənzəri olmayan qanunsuzluqlar baş alıb getməkdədir. Məsələn, Bərdə rayonunun Qaradəmirçi kəndində Yusif adlı şəxsə məxsus olduğu bildirilən “Leyla” çörək zavodu fəaliyyət göstərir. Bugünlərdə adı çəkilən zavodda yaşanan qanunsuzluqların varlığını eşitdikcə, sanki şoka deyil, “şökə” düşdük. Məsələn, “Leyla” çörək zavodu ilə bağlı əldə etdiyimiz məlumatlarda bildirilir ki, bir növ rəhbərliyin səhlənkarlığı və nəzarətsizliyi ucbatından, bu gün həmin sexdə antisanitariya baş alıb gedir, zavodda təqribən 7-8 nəfər işçi çalışsa da, tam əksəriyyətinin əmək müqaviləsi yoxdur. İşçilərin sağlamlıq durumlarında ciddi problemlərin olduğu söylənilir. Yəni, onlar vaxtlı-vaxtında həkim müayinəsindən keçmirlər və sağlamlıq durumlarında problemlərin olduğu söylənilsə də, bu gün onlar istehsal prosesində əmək fəaliyyəti ilə məşğul olurlar. Belə bir halın varlığı da, qanunla yolverilməzdir. Diqqəti cəlb edən hallardan biri də, məhz adı çəkilən istehsal müəssisəsində belə bir mənzərənin əmələ gəlməsinə digər dövlət qurumları ilə bərabər, rayonun gigiyena və epidemiologiya mərkəzinə rəhbərlik edən şəxsin də şərait yaratmasıdır. Yəni, vəzifə sahibi olanlar üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirə bilmədiklərindən, bu gün “Leyla” çörək zavoduna rəhbərlik edən Yusif adlı şəxs “kor atı minib köndələn çapmaqdadır”. Əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, bu zavodda istehsalı zamanı normativ tələblərə əməl olunmur.  Yəni, çörəyin üst hissəsinə onun çəkisi yazılsa da, əslində çörəyin çəkisi qeyd olunandan az olur. Bu da alıcıların bilərəkdən aldadılması, onların hüquqlarının tapdaqlar altına atılması deməkdir.   Bütün bunlar qalsın bir yana, istehsal olunan çörəklərin saxlanması və daşınması zamanı da, lazımi normativ tələblərə əməl olunmur. Bütün bunlar onu söyləməyə əsas verir ki, Bərdə rayonunun Qaradəmirçi kəndində fəaliyyət göstərən “Leyla” çörək zavodunda hər cür qanunsuzluqlara imza atılır.   Ümumi şəkildə götürsək, ölkəmizdə ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahələrdə vəziyyət qənaətbəxş olmadığından, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentlik bundan sonra ərzaq məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmələri, risklərin təhlilini, qida məhsullarının və onların qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, bütün bu kimi vəzifələri həyata keçirəcək. İnanırıq ki, 2017-ci ilin yanvar ayınından fəaliyyət başlayan və Qoşqar Təhməzlinin sədrlik etdiyi Qida Təhlükəsizliyi Agentliyi bütün sahələrdə, o cümlədən Bərdə rayonunun Qaradəmirçi kəndində Yusif adlı şəxsə məxsus olduğu bildirilən “Leyla” çörək zavodu üzərində də lazımi nəzarətini həyata keçirəcək və adı çəkilən istehsal müəssisəsində yaşanan acınacaqlı durumla bağlı müvafiq tədbirlərini də görəcək. Problemlərin varlığını diqqətdə saxlayacağıq.

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti