Şəmkir bələdiyyəsi Vüqar Həsənovun gəlir mənbəyinə çevrilib

7-01-2020, 11:24
63
Şəmkir bələdiyyəsi Vüqar Həsənovun gəlir mənbəyinə çevrilib

Şəmkir bələdiyyəsi Vüqar Həsənovun gəlir mənbəyinə çevrilib

 

Hər kəsə bəllidir ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla bərabər, eyni zamanda iyirimi illik iş təcrübəsinə malik olan bir qurumdur. Adı çəkilən bu qurumun əsas fəaliyyəti, əhatə etdiyi ərazi hüdudlarında əmələ gələn sosial əhəmiyyətli məsələ və problemləri həll etməkdən ibarətdir. Sözsüz ki, bu yöndə addımların atılması, bələdiyyə büdcəsinə daxil olan vəsaitlər hesabına həyata keçirilməsi nəzərdə tutulur. Bələdiyyələr dövlət qurumu olmadıqlarından, onların iş fəaliyyətləri bələdiyyə şurasının üzvləri tərəfindən tənzimlənir. Məsələnin düşündürücü tərəfi odur ki, çox zaman bələdiyyə şurasına sədrlik edən şəxs şura üzvlərinin mövqeyini, məsələ və problemlərin həlli yöndə yanaşmalarının varlığını və s. nəzərə almadan düşündüyü addımını atmaqda davam edir. Belə bir səbəb üzündən də, bələdiyyə büdcəsinə daxil olan vəsaitlərin xərclənməsində şəffaflığa deyil, məhz çoxsaylı israfçılığa qol qoyulur. Sözsüz ki, həmin vaxtlarda şura sədri öz maraqlarının təmin olunmasını əsas tutur və hətta büdcə vəsaitlərinin çox hissəsini, şəxsi maraqlarının həllinə də yönəldir. Belə bələdiyyələrdən birinin də, məhz Şəmkir Bələdiyyəsinin olduğu vurğulanır. Belə ki, əldə etdiyimiz məlumatlara görə, ötən seçkilərdə bu bələdiyyədə sədr vəzifəsini Vüqar Həsənov adlı şəxs daşıyıb. Yerli sakinlərin iddialarına görə, bu şəxs kifayət qədər iş təcrübəsinə və çevik idarəçilik bacarığına malik olsa da, təəssüflər olsun ki, o, ötən illər ərzində belə bir göstəricilərini bələdiyyəyə məxsus problemlərin həllinə deyil, yalnız şəxsi məsələ və problemlərinin həllinə yönəldir. Belə bir səbəblər üzündən də, indiyə kimi Şəmkir Bələdiyyəsinin əhatə etdiyi ərazi hüdudunda çoxsaylı problemlər həll olunmamış qalmaqdadır. Əldə etdiyimiz son məlumatlara görə, ötən illər ərzində daşıdığı vəzifəsinin imkanlarından lazımınca yararlanan Vüqar Həsənovun, bu gün sayı-hesabı bilinməyən sayda daşınan və daşınmaz əmlakları, o cümlədən qum-çınqıl məhsullarının istehsalı ilə məşğul olan iri müəssisələri var. O halda sual oluna bilər ki, 23 dekabrda keçirilən bələdiyyə seçkisində adı namizədlər siyahısında yer alan və bələdiyyə şurasına üzv seçilən bu şəxs, kim təminat verə bilər ki, bir daha sədr seçiləcəyi təqdirdə daşıdığı vəzifəsini imkanlarından yararlanıb, məhz özü üçün var-dövlət əldə etməyə çalışmayacaq? Atalar demişkən: “Görünən dağa nə bələdçi”.
Təəccüb doğuran halın varlığı odur ki, Şəmkir Bələdiyyəsi ilə bağlı yayılan hesabatlarda qeyd olunur ki, guya rəhbərliyin nəzarəti altında bu bələdiyyənin əhatə etdiyi ərazi hüdudunda yaşayan və müəyyən köməyə ehtiyacı olan insanların siyahısı çıxarılmış, hətta onlara hər ay maddi cəhətdən yardımlar da göstərilmişdir. Bələdiyyə tərəfindən ictimaiyyətə təqdim olunan hesabatda o da qeyd olunur ki, yerli əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə, yeni iş yerləri yaradılması məsələsini qarşıya qoyan Şəmkir Bələdiyyəsi, guya onların həlli yollarını da tapıb.
Verilən hesabatlarda o da bildirilir ki, qısa müddət ərzində Şəmkir Bələdiyyəsi iri layihələr həyata keçirməyə də qərar verib. Bütün bunlardan əlavə, rayonda keçirilən dövlət tədbirlərində bələdiyyənin yaxından iştirak etdiyi, daim Rayon İcra Hakimiyyəti və digər dövlət idarə təşkilatları ilə işlərini uğurla, əlaqəli qurduğu da qeyd olunur. Sadalananlar gəlişi xoş hesabatlar olsa da, əslində cəfəng açıqlamalardan başqa bir şey deyil. Çünki, yerli sakinlərin iddialarına görə, ötən illər ərzində Şəmkir Bələdiyyəsinin təssisçiliyi ilə yaradılmış “Şəmkir Aqro”, “Şəmkir”, “Abad Şəmkir”, “Ceyrançöl”, “Şəmkir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin hər biri, yalnız Vüqar Həsənovun maddi maraqlarının təmin olunmasına xidmət edib. Bu da onu söyləməyə əsas verir ki, Şəmkir Bələdiyyəsi bu quruma rəhbərlik edən şəxsin gəlir mənbəyinə çevrilib. Ona görə də bu bələdiyyənin əhatə etdiyi ərazi hüdudunda yaşayan sakinlərin iddialarına görə, Vüqar Həsənovun yenidən sədr “postu”na sahib olması, sakinlərin yeni-yeni problemlərlə üz-üzə qalması demək olacaq.
P.S. Hörmətli oxucular! Biz bu yöndə araşdırmalarımızı davam etdirib, Vüqar Həsənovun ötən illər ərzində əldə etdiyi çoxsaylı daşınan və daşınmaz əmlakları, həmçinin qol qoyduğu qanunsuzluqların mahiyyəti və s. haqda, sizləri daha ətraflı məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutayın.
Teymur Kəngərli
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti