Qəbələdə yerləşən "Qafqaz Resort Hotel" öz fəaliyyətini müvəqqəti olaraq dayandırır. 

Otel may ayına qədər fəaliyyət göstərməyəcək.

"Həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan və sevilən Qəbələ otellərindən biri olan - "Qafqaz Resort Hotel" yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq", - məlumatda bildirilir.

"Qafqaz Resort Hotel" Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.