Mingəçevirdə park camışların otlağına çevrildi - VİDEO

8-01-2020, 18:00
36
Mingəçevirdə park camışların otlağına çevrildi - VİDEO

 


 

Mingəçevir şəhər parkı iribuynuzlu heyvanların örüşünə çevrilib.
Heyvanlar parkda otlayan zaman səki ilə hərəkət edən piyadaları qorxudur, avtomobillərin hərəkət etdiyi yola çıxmağa cəhd edərək təhlükəyə yol açır, ən əsası, yaşıllığa ziyan vururlar. 
Ərazidə 10-a yaxın camış sanki otlaqda otlayırmış kimi, yaşıllıqla qidalanır. Şəhər sakinlərinin sözlərinə görə, parkda iribuynuzlu heyvanların olması daha çox uşaqlar üçün təhlükədir. 
Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları isə mal-qara sahibləri ilə profilaktik söhbətlər aparmaqla problemi aradan qaldırmağa çalışırlar. Əgər davamlı olaraq heyvanlar yaşıllıqlara buraxılarsa, sahibləri cərimələnəcək.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti