Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektor müdiri vəzifəsində çalışan Səməd Tomuyev bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini Elnur Rzayev icra edirdi.
Hazırda E.Rzayev Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışır.