Ölkədə TV və radio yayımı dayandırılacaq - SƏBƏB

31-08-2018, 17:08
64
Ölkədə TV və radio yayımı dayandırılacaq - SƏBƏB

Sentyabrın 3-də Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

"A24.az” bildirir ki, bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.

Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-də keçirilib. Növbəti profilaktika isə dekabrın 3-də aparılacaq.


скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti