Fonda kim nə qədər pul köçürüb? - Adlar

24-03-2020, 21:00
27
Fonda kim nə qədər pul köçürüb? - Adlar

 


 

Xəbər verdiyimiz kimi, artıq 5 gündür ki, Prezidentin fərmanıyla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fonda bugünə kimi 68,274,279 manat ianə toplanıb. İanə köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var.
Bu məqamda fiziki şəxslərin tərəfindən edilən ianələrə nəzər salıb. Belə ki, fiziki şəxslər tərəfindən Fonda ümumilikdə 781,759 manat pul köçürülüb. Minumum 1 manatdan başlayaraq 5,10, 20,50, 100 və daha böyük məbləğlərdə pul ianə edilib.
Belə ki, Prezident İlham Əliyev Fonda 126,900, birinci vitse-prezident Mehriban Əliyeva isə 101,700 manat pul ianə edib.
Hökumət üzvləri də ianə aksiyasına qoşulub.
Fonda Baş Nazir Əli Əsədov 3600, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 10, 460, Prezidentin köməkçisi Şahmar Mövsümov 1000, Baş nazirin müavini Şahin Mustafayev 3090, Müdafiə Sənayesi naziri Mədət Quliyev 17,165, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2500 manat pul köçürüb.
Milli Məclisin deputatları da ianə aksiyasından kənarda qalmayıb. Belə ki, Fonda Qənirə Paşayeva 2800 manat, Ziyafət Əsgərov 4000, Zahid Oruc 500, Qüdrət Həsənquliyev 500, Nizami Cəfərov 3500 manat pul ianə edib.
Fiziki şəxslər arasında ən yüksək ianəni isə Müşfiq Həsənov edib. O, Fonda 180 min manat pul köçürüb.
Hüquqi şəxs olan bir sıra dövlət qurumları da Fonda pul köçürüb. Onlar tərəfindən köçürülən ianələrlə bağlı daha ətraflı aşağıdakı link vasitəsiylə tanış ola bilərsiniz - 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti