Yevlaxda maşın qəza törədərək aşıb, ata və qızı xəsarət alıb

2-09-2018, 18:33
310
Yevlaxda maşın qəza törədərək aşıb, ata və qızı xəsarət alıb

Mingəçevir – Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.

"Report”un Qərb bürosunun məlumatına görə, qəza zamanı "Oka” markalı avtomobil mikroavtobusla, ardınca isə "VAZ-2109” markalı avtomobil ilə toqquşub və yoldan çıxaraq aşıb.

Nəticədə "Oka”nın 1962-ci il təvəllüdlü sürücüsü Orucov Əmir Duman oğlu və onun 2002-ci il təvəllüdlü qızı Orucova Zəhra müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti