Ramil İsmayılovun məhkəmə prosesi hansı gizlinləri ortaya çıxarır?-ŞOK FAKTLAR

8-09-2018, 14:48
899
Ramil İsmayılovun məhkəmə prosesi hansı gizlinləri ortaya çıxarır?-ŞOK FAKTLAR
Bir neçə gün bundan əvvəl xəbər portalımızda "Ramil İsmayılov məhkəmədə polis əməkdaşlarını fakt qarşısında qoyur” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, 28 mart 2018-ci il tarixdə bəzi televiziya kanallarında Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi-24 ünvanda müvəqqəti qeydiyyatda olan məcburi köçkün İsmayılov Ramil Rəhbər oğlunun külli miqdarda narkotik maddə olan heroini satarkən, Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən adı çəkilən rayonun "20-ci Sahə” adlanan ərazisində saxlanılması barədə xəbərlər yayılmışdı. Yayılan ilkin xəbərlərdə Ramil İsmayılovun ümumi çəkisi 2 kq 200 qram çəkidə, dəyəri isə 11 min manat olan narkotik maddələri, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından Biləsuvar rayonu ərazisində aldığı bildirilirdi. Məsələnin maraqlı tərəfi odur ki, yaşanan olayla bağlı bəzi televiziya kanallarında, ayrı-ayrı media qurumlarında yayılan ilkin xəbərlər çox keçmədi ki, öz təsdiqini tapmadı və Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dövriyyəyə ötürülən bəzi məlumatlar, yəni Ramil İsmayılovun ümumi çəkisi 2 kq 200 qram çəkidə, dəyəri isə 11 min manat olan narkotik maddələri, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından Biləsuvar rayon ərazisində alması faktı az sonra iş materiallarından çıxarılır. Saxlanılan şəxslə bağlı toplanmış iş materialları məhkəməyə göndərildiyindən, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil İsmayılovun həbsi ilə bağlı məhkəmə araşdırmaları davam etməkdədir.

04 sentyabr 2018-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı, əslən Şəki rayonundan olan və saxlanılan şəxsgilin qonşuluğunda yaşayan Rəhman adlı şəxs verdiyi ifadəsində həm hadisənin ilk əvvəl necə baş verdiyini, həm də Ramil İsmayılovun həbsindən sonra, Səbail rayon Polis İdarəsinin müstəntiqi Hənifə müəllimin ona ciddi təzyiqlər göstərdiyini bildirir. Adı çəkilən şəxs qeyd edir ki, "Hənifə müəllim mənə Ramil İsmayılovun üzünə durmağı təkid edir”. O, "əgər sən mənim dedikləriə əməl etməzsən, o halda sənə 11 il, Ramil İsmayılova isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verdirəcəyəm” deyir. Məhkəməyə dəvət olunan digər hal şahidi isə, ümumi çəkisi 2 kq 200 qram çəkidə olan narkotik maddənin Ramil İsmayılovun "20-ci Sahə” adlanan əraziyə satmaq məqsədilə gətirdiyini, əlində tutulduğunu bildirir. O halda saxlanılan şəxsin məhkəmədə hüquqlarını müdafiə edən vəkil hal şahidinə "Sən belə işlərlə çox məşğul olursan?” deyə sual ünvanlayır. Hətta ona "Sən narkotik maddə istifadəçisi olduğundan dispanserdə qeydiyyata alınmısan. Bununla bağlı məndə təsdiq olunmuş arayış var, inşallah növbəti proses zamanı həmin arayışı məhkəməyə təqdim edərəm” deyir.



Onu da bildirək ki, vəziyyətin belə bir hal alması səbəbindən dünən günün günorta saatlarında Səbail rayon Polis İdarəsinin müstəntiqi Hənifə müəllim, Rəhmanın anasına zəng edir və oğlunun polis idarəsinə gəlməsinin vacibliyini də bildirir. "Əgər oğlun öz xoşuna gəlməzsə, o halda onu idarəyə məcburi qaydada gətirəcəyik” deyir. Müstəntiqin belə bir israrlı tələbindən sonra Rəhman məsələdən hali olur və ləngimədən ölkənin Baş Prokuroru cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Ramil Usubova, eyni zamanda Azerinfo.az xəbər portalının rəhbərliyinə teleqrammalar vurub, müstəntiq Hənifə müəllimin hərəkətindən hər kəsi xəbərdar etmək istəyir. Yəqin ki, ölkəmizin hüquq-mühafizə orqanı strukturlarına rəhbərlik edən şəxslər vəziyyətin ciddiliyini nəzərə alıb, müvafiq addımlarını atacaqlar.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti