"Kəlbəcərə sahib olmağımız hətta uzaq Amerikada da etirafını bu şəkildə ortaya qoyur"

21-11-2020, 09:34
7
"Kəlbəcərə sahib olmağımız hətta uzaq Amerikada da etirafını bu şəkildə ortaya qoyur"

"KELBAJAR, Azerbaijan". 

”The New York Times” qəzetində ölkəmiz haqqında gedən iri həcimli məqalə belə başlayır. Yəni, Kəlbəcər rayonuna ermənilərin verdiyi qondarma ad avtomatik şəkildə arxivə göndərilib. Kəlbəcərə sahib olmağımız hətta uzaq Amerikada da etirafını bu şəkildə ortaya qoyur. Ancaq elə həmin məqalədə Xankəndi yerinə Stepanakert adı işlədilir. Niyəsi məlumdur. Çünki biz Xankəndinə hələ ki, nəzarət etmirik. Nə vaxt ki, Xankəndi real şəkildə Azərbaycanın bir parçası olacaq, bax onda Stepanakert adı da arxivə gedəcək. 
Bu gün gəldiyimiz nöqtə budur ki, işğal altında olan rayonlarımızın hamısının tarixi adı özünə qayıdıb, eyni zamanda keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin bir hissəsindəki ərazilərin də tarixi adı bərpa olunub. Ermənilərin uydurduğu adlar isə birdəfəlik gündəmdən çıxıb. İnşəllah, Xankəndinin də beynəlxalq aləmdə öz tarixi adı ilə tanınacağı günlərin şahidi olacağıq...
Elbəyi Həsənli,
İsveçrədə yaşayan tanınmış jurnalist
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti