Ağdamın azad olunması Azərbaycan üçün nə deməkdir?

21-11-2020, 09:38
22
Ağdamın azad olunması Azərbaycan üçün nə deməkdir?

 

Noyabrın 20-də Ağdam rayonunun işğal altındakı ərazisi   Azərbaycanın nəzarətinə qaytarıldı. Bununla bağlı yayılmış rəsmi məlumata görə, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafikinə əsasən Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. 
Qeyd edək ki, rayonun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılan müdafiə istehkamları mürəkkəbliyi ilə seçilirdi. İstehkamlar bir neçə müdafiə xəttindən ibarət olmaqla müasir standartlar əsasında hazırlanmışdı. Döyüşlər davam edəcəyi təqdirdə bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. 
Ancaq Azərbaycan Ordusunun zəfər yürüşü, Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərmizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq.
Ağdam rayonu 27 ildir ki bizi gözləyir - TARİX » YeniSumqayit.az - Sumqayıt xəbərləri, maraqlı xəbərlər, yeniliklər vs...
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Yuxarı Qarabağ regionuna daxil olan Ağdam rayonu 1930-cu il avqustun 8-də yaradılıb. Rayonun mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədə yerləşir. Ümumi sahəsi 1.15 min kvadrat kilometrdir, rayonda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd var. Rayon ərazisinin 73 faizi Ermənistan tərəfindən işğal edilmişdi.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Ağdam rayonunun əhalisi 1 yanvar 2020-ci il tarixinə 204 min nəfər, rayonunun işğal olunmayan kəndlərində yaşayan əhalinin sayı isə 46 569 nəfər təşkil edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayondur. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91.3 hektar sahə isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Kənd təsərrüfatı əsas bitkiçilik məhsullarının istehsalında ilk yerdə tərəvəz – 103 ton, daha sonra dənli və dənli paxlalılar- 53 ton (o cümlədən buğda - 45 ton) və şəkər çuğunduru – 20 ton olmaqla qərarlaşıb (2018-ci il statistika məlumatlarına əsasən). Digər bitkiçilik məhsullarından isə pambıq, üzüm, meyvə və giləmeyvə, dən üçün günəbaxan, kartof və bostan məhsullarını göstərmək olar. Kənd təsərrüfatının heyvandarlıq məhsullarının istehsalında ət, süd, yumurta və yun məhsullarının payı böyükdür. 
Oxu.az - Ağdam rayonu işğaldan azad olundu
Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları və s. istehsal olunurdu. Ağdam rayonunda traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları emalı ilə bağlı müəssisələr var idi. Həmçinin 39 tikinti təşkilatı, 29 kənd təsərrüfatı müəssisəsi, 27 sənaye müəssisəsi, 13 kolxoz və 12 sovxoz, 4 ədəd də onlara xidmət edən təşkilatlar olub.  Xüsusən də Ağdam  Dəzgahqayırma  zavodunda  950 nəfər çalışırdı, bu zavodun məhsulları keçmiş  SSRİ-nin 125 şəhərinə göndərilirdi. Rayonda iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət-xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Rayondakı  Taxıl Məhsulları Kombinatı ildə  80 min ton məhsul istehsal edirdi.
Ağdam rayonunun demoqrafik göstəricilərindən: əhalisinin milli tərkibi 2009-cu il siyahıyalınmasına əsasən 99.9 faiz azərbaycanlı, digər 0.1 faizi isə rus, ləzgi, tatar, türk və s. kimi digər millətlərdəndir. Təhsil müəsisələrində təhsil alanların sayı 36.600 nəfər olmaqla əhalinin 18.1 faizini əhatə edib. Ali təhsil müəsisələrində təhsil alanların sayı isə 2431 nəfər olmaqla təhsil müəsisələrində təhsil alanların 6.6 faizini özündə ehtiva edir.
Digər sosial-iqtisadi göstəricilərinə gəldikdə isə 2018-ci il üzrə sənaye üzrə məhsulunun dəyəri 12,6 milyon manatdan ibarət olduğunu qeyd etmək mümkündür (müvafiq ilin qüvvədə olan faktiki qiymətləri ilə). Ticarət və iaşə xidmətlərindən pərakəndə ticarət dövriyyəsinin çəkisi 43.3 milyon manat olmaqla ümumi ölkə üzrə dövriyyədə xüsusi çəkisi 0.12 faiz olduğunu statistikanın məlumatlarına əsasən söyləyə bilərik: “Ağdam rayonunun işğaldan azad edilməsi ilə yeni iqtisadi təşəbbüsləri özündə canlandırır. Rayon ərazisi bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının və aqroparkların yaradılması, sənaye məhəlləsinin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş perspektivləri özündə əks etdirir. Ağdam rayonu ticarət mərkəzinin də formalaşması üçün unikal perspektivə malikdir. Topdan və pərakəndə ticarət məntəqələrinin fəaliyyətə başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək mümkündür. Habelə rayon ərazisi tikinti materiallarının istehsalı ilə əlaqədar keçmiş təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən daş karxanasının işinin bərpa edilməsilə sözügedən sektorda canlanmanı bərpa etmək olar”.
Pasinyan Hitler ve Seddamin yolu ile gedir" – Polkovnik - Musavat.az
Hərbçi-ekspert, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanovun sözlərinə görə, Azərbaycan xalqının 30 illik gözləntiləri həyata keçir: “Ağdamın qayıtması onu göstərdi ki, üçtərəfli bəyanatda ərazilərin boşaldılması barədə göstərilən vaxt cədvəlinə əməl olunur. Kəlbəcərin boşaldılması müddətinin 10 gün uzadılması belə bütün ərazilərdən Ermənistan ordusunun çıxarılmasının son tarixi kimi müəyyən olunan 1 dekabr müddətini dəyişmir”.
Polkovnikə görə, əsas olan budur ki, Azərbaycanın qalan torpaqları döyüşsüz geri alınır: “Ola bilsin ki, indi bunun əhəmiyyətini biz yaxşı qiymətləndirə bilmirik. Amma əminəm ki, yaxın tarixdə bu qiyməti verə biləcəyik. Üçtərəfli razılaşma ilkin sənəddir, onun ardınca digər sənədlər də gələcək. Və mən əminəm ki, növbəti sənədlərdə də Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək heç bir müddəa olmayacaq. Azərbaycanın dövlət rəhbərliyi, Ordusu buna imkan verməyəcək. Ərazidə bütün infrastruktur, kommunikasiyalar Azərbaycanın maraqlarına uyğun formada bərpa ediləcək. Bu gün Ağdamın işğaldan azad olunmasının Azərbaycan tarixində ən mühüm əhəmiyyəti də budur ki, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə nail oluruq. Qarabağ Azərbaycandır”!
Maraqlıdır ki, üçtərəfli razılaşma imzalanandan sonra ermənilər Ağdam və Kəlbəcər rayonlarının təhvil verilməməsi üçün addımlar atmalı olduqlarını deyirdilər. Erməni hərbçi-ekspertləri bu iki rayonu təhvil verdikdən sonra Qarabağda qurulmuş qondarma qurumun fəaliyyətini davam etdirməsinin mümkün olmayacağını bildirirdilər. Lakin müzəffər Azərbaycan ordusunun əzmi, ölkə prezidentinin qətiyyəti nəticəsində Ağdam artıq Azərbaycanın nəzarətinə qaytarıldı. İnşallah, noyabrın 25-də Kəlbəcər də eyni qaydada ordumuz tərəfindən nəzarətə götürüləcək.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti