“O döyüşün, güllənin altında əsgərə analıq edən, onları yedirdən qadınlarımız var idi...”

11-01-2021, 16:57
12
“O döyüşün, güllənin altında əsgərə analıq edən, onları yedirdən qadınlarımız var idi...”

 

“Ondan sonra iki azyaşlı övladı qalıb, ailə vəziyyətləri elə də yaxşı deyil. Evsiz-eşiksizdir. Biləcəridə biz onların yaşadığı evdə qonaq olduq. Bu ev də Arəstə xanımın atasının evidir”
Bunu  açıqlamasında “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri, Qarabağ veteranı, cərrah Rada Abbas deyib. R.Abbas Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstə Baxışovanın adının yaşadılmasının vacib olduğunu bildirib:
“Arəstə Baxışovanı Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ondan sonra iki azyaşlı övladı qalıb, ailə vəziyyətləri elə də yaxşı deyil. Evsiz-eşiksizdir. Biləcəridə biz onların yaşadığı evdə qonaq olduq. Bu ev də Arəstə xanımın atasının evidir. O gün baxıram ki, Mirşahin gedib erməni ailəsinin evini çəkib deyir ki, kasıb yaşayırlar. Mirşahinə təklif edirəm ki, getsin bizim şəhid ailələrinin də evini çəksin və görsün ki, onlar hansı evlərdən çıxıblar. Azərbaycan qadınlarının müharibədə roluna gəlincə, hələ 1990-cı illərdən üzü bəri müharibədə bizim qadınlarımız şəhid olublar, əsir düşüblər, təcavüzə məruz qalıblar. Ümumiyyətlə, Azərbaycan qadını Qarabağ müharibəsindən acı bir nəsib aldı. Çünki birinin  qardaşı, digərinin əri, bir sözlə, hamısının hansısa şəkildə canı yandı. Hərbi tibdə, rabitədə Azərbaycan qadınlarının çox böyük fədakarlığı, rolu oldu. Bu gün də o kömək davam edir. Vətən müharibəsində də çoxsaylı qadınlarımız hərbi hospitallarda fədakarlıq göstərdilər, yaralı hərbçilərimizin həyata qaytarılması üçün Azərbaycan qadını olan tibb bacıları çox böyük qəhrəmanlıqlar göstərdi. A.Baxışova da o, qadınlarda  biridir və o, bizdən ona görə xoşbəxtdir ki, şəhid oldu. Mən bilən şəhid olmaq qədər böyük bir xidmət yoxdur, ola bilməz və olmayacaq da. 
Biz bu il müharibə veteranları qadınları olaraq 44 günlük Vətən müharibəsi ərazində 11 dəfə döyüş bölgələrində olduq. Hərbi hissələrimizdə əsgərlərimizlə görüşdük. O döyüşün, güllənin altında əsgərə analıq edən, onları yedirdən qadınlarımız var idi. Həmin qadınlar döyüşə maaş almaq üçün getməmişdilər. Mən onların əməyini qiymətləndirməyi özümə borc bilirəm, bu çox vacibdir”.
Qeyd edək ki, Vətən müharibəsinin ilk və tək xanım şəhidi, tibb hərbi qulluqçusu Arəstə Baxışovanın büstü hazırlanıb. Büstü gənc heykəltaraş Müstəqil Balayev hazırlayıb.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti