“YAŞAT” Fondundan qazi və şəhid ailələrinə dəstək - FOTO

13-02-2021, 11:26
12
“YAŞAT” Fondundan qazi və şəhid ailələrinə dəstək - FOTO
“YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.
 
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qazimiz Qurban Əliyevin, şəhidimiz Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhidimiz Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhidimiz Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
 
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti