İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA

17-02-2021, 08:45
6
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayında azalma dinamikası davam edir. Yanvarın 18-dən isə ölkə ərazisində vaksinasiya başlayıb. Vaksinasiyanın da ölkədə pandemiya ilə bağlı vəziyyəti müsbətə doğru dəyişəcəyi gözlənilir. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə, mart ayından iri ticarət mərkəzlərinin və molların fəaliyyətinə icazə verilə bilərmi?
 
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm mart ayından iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə biləcəyini deyib:
 
"Əlbəttə, bu, vaksinasiyanın nə qədər insanı əhatə etməsindən asılı olacaq. Vaksinasiyadan əlavə, insanlar da, əvvəlki aylarla müqayisədə, karantin qaydalarına daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, küçədə maskasız insan yoxdur.
 
Əgər insanlar bugünkü kimi karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı olmaz. Yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır. Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək.
 
Yoluxma sayı azalma ilə davam edərsə, növbəti yumşalmaların olması mümkündür. Əgər bu yumşalma yenidən yoluxma sayını artırmasa, tədricən digər obyektlərin də fəaliyyətinə icazə veriləcək.
 
Əlbəttə, yumşalmaların nəticələrindən çox şey asılı olacaq. Əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Mart ayında iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər".
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti