Prezidentin təltif etdiyi Məlikov kimdir?

13-09-2018, 17:52
1 370
Prezidentin təltif etdiyi Məlikov kimdir?

Bu gün bəstəkar-rəssam, əməkdar incəsənət xadimi, xalq artisti, professor Arif Məlikovun doğum günüdür.

Kult.az xatırladır ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakıda anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada dərs deməyə başlayıb.

Ona görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri – "Məhəbbət əfsanəsi” baleti dünya şöhrəti qazandırıb. Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı” əsəri əsasında yaratdığı "İki qəlbin poeması” baleti olub.

Onun əsərləri dünyanın bir çox ölkəsində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, İtaliyada ifa olunub.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı” çap olunub.

O, "Məhəbbət əfsanəsi”, "Yer üzündə iki nəfər”, "Əlibaba və qırx quldur”, "Ölümdən güclü”, "İki ürək dastanı”, "Yusif və Züleyxa” baletlərinin müəllifidir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq artisti, professor Arif Məlikovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti