“Vətənpərvərliklə bağlı mahnılara hər zaman ehtiyac var”

23-02-2021, 11:09
10
“Vətənpərvərliklə bağlı mahnılara hər zaman ehtiyac var”

 

Niyaməddin Musayev: “Son mahnılarımdam biri olan “Zəngəzur” məhz belə mahnılardandır”

 

“Son vaxtlar çoxlu sayda vətənpərvərliklə bağlı mahnıların yaranmasına şahid olduq və bu, özlüyündə çox müsbət haldır”.

 

Bunu  açıqlamasında Xalq artisti Niyaməddin Musayev bildirib. Xalq artistinin sözlərinə görə, belə mahnılara hər zaman ehtiyac var:

 

“Vətənpərvərliklə bağlı mahnılar sadəcə vətənə, onun bugünü və gələcəyinə olan inamı əks etdirmir. Bu cür mahnılar həm də vətənin tarixinə, onun dünəninə, keçdiyi yola bir baxışdır. Bu mahnılar həm də tariximizi təbliğ edir, insanları keçmişə boylanmağa vadar edir. Vətənpərvərlik mahnılarının ifası hər zaman diqqət mərkəzimdə olub. Son belə mahnılarımdan biri isə “Zəngəzur”dur.

 

Hesab edirəm ki, vətənpərvərliklə bağlı mahnılara hər zaman ehtiyac var. Bu baxımdan gələcəkdə də belə mahnıların yaradılması arzuediləndir”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti