Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

17-09-2018, 00:11
537
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report” bildirir ki, hadisə Zəngənə kəndində qeydə alınıb.

Sabirabad sakini, 1956-cı il təvəllüdlü Şahlarov Sadəli Məhyəddin oğlu idarə etdiyi "Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1973-cü il təvəllüdlü Məhərrəmov Hakim Ələddin oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti