Pensiya təyinatı avtomatlaşdırıldı: ilk pensiyaçı məlum oldu

7-01-2019, 19:11
365
Pensiya təyinatı avtomatlaşdırıldı: ilk pensiyaçı məlum oldu

Azərbaycanda yanvarın 1-dən etibarən avtomatlaşdırılmış şəkildə pensiya təyinatı aparılır.

Oxu.Az xəbər verir ki, bu il yanvarın 1-də ad günü olan Ramazan Şabanov kompüter proqramının seçdiyi ilk təqaüdçü olub. 

R.Şabanova ad günündə zəng vuran nazirliyin işçiləri onun 64 yaşının tamam olduğunu və pensiyaya çıxdığını bildiriblər və aylıq pensiyasının 490 manat hesablandığını deyiblər. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təqaüdçüyə pensiya kartını təqdim edərək, onun elektron xidmət barədə fikirlərini dinləyib. 

Nazirin sözlərinə görə, 36 min şəxsin pensiya təminatı məhz bu sistem vasitəsilə rəsmiləşdiriləcək və nəticədə uzun-uzadı vaxt itirmələrin, çoxsaylı sənədləşmə proseslərinin qarşısı alınacaq. 

S.Babayev eyni zamanda pensiyaçıların artımları gələn aydan etibarən ala biləcəklərini vurğuladı.

“Müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır. Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar uyğun ödənişləri alacaqlar”.

Qeyd edək ki, pensiya hüququ qazanmaq üçün kişilərdə yaş həddi 64, qadınlarda 61-dir. Ölkə üzrə gözlənilən ömür uzunluğunun kişilər üçün 73,1, qadınlar üçün 77,8 yaş olduğunu nəzərə alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il təşkil edir.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti