Neftin qiymətinin yüksək olması büdcədə profisit yaradıb

28-02-2019, 14:33
146
Neftin qiymətinin yüksək olması büdcədə profisit yaradıb

Neftin qiymətinin nəzərdə tutulandan daha yüksək olması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsində 6,2 milyard manat profisit yaranıb. 

Qeyd edək ki, xam neftin büdcədə nəzərdə tutulan qiyməti 55 ABŞ dolları olsa da, faktiki qiyməti bundan yüksəkdir, hətta bəzi günlərdə Azərbaycan neftinin satış qiyməti 67 dollara belə çatıb və nəticədə belə böyük həcmdə profisit yaranıb. 

Fondun aktivləri təqribən 7,6 faiz artaraq, 38,5 milyard dollara yüksəlib. Fond öz vəsaitlərini daşınmaz əmlak və fond bazarında yerləşdirib.

Bunu Neft Fodunun icraçı direktoru Şahmar Mövsümov AZƏRTAC-a müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, investisiya strategiyaları üzrə ümumilikdə beş yeni yatırım edilib, özəl səhm investisiyaları çərçivəsində isə beş yeni fondla investisiyalarla bağlı müqavilələr imzalanıb.

İcraçı direktor fondun mənfəət nefti və qazın satışı ilə bağlı ötənilki gəlirlərinin 9,8 milyard dollar olduğunu bildirib.

“Bu ilin yanvarında “Azəri-Çıraq-Günəşli” üzrə yeni saziş çərçivəsində Neft Fonduna 450 milyon dollarlıq ikinci bonus ödənişi həyata keçirilib. Cari ildə dövlət büdcəsinin gəlirlərinin 49 faizinin Dövlət Neft Fondundan edilən transferlər hesabına formalaşacağı gözlənilir.

Keçən il Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gəlirliliyi 9,9 faiz təşkil edib və bu il bir sıra inkişaf etmiş ölkələrdə daşınmaz əmlak obyektlərinə investisiyalar nəzərdə tutulur”, - deyə Ş.Mövsümov vurğulayıb. 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti