Azərbaycan meyvə-tərəvəzin ixracını 29%, idxalını isə 11% artırıb

15-05-2019, 17:59
62
Azərbaycan meyvə-tərəvəzin ixracını 29%, idxalını isə 11% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ümumi dəyəri 149 119,31 min ABŞ dolları təşkil edən 134 603,02 ton meyvə-tərəvəz ixrac edib.

ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan ixrac olunan meyvə-tərəvəzin dəyəri 34,2%, həcmi isə 29% artıb.

Cari ilin yanvar-aprel aylarında Azərbaycana ümumi dəyəri 80 352.92 min dollar təşkil edən 155 981,58 ton meyvə tərəvəz idxal olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən göstəricilər müvafiq olaraq 21,7% və 11,4% artıb.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti