Azərbaycan Rusiyaya pomidor ixracını artırıb

5-06-2019, 18:57
225
Azərbaycan Rusiyaya pomidor ixracını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Rusiyaya 25,5 mln. ABŞ dolları dəyərində 21,3 min ton pomidor ixrac edib.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur.
Hesabat dövründə Azərbaycandan ixrac edilən pomidorun 99,7%-i qonşu ölkənin payına düşüb.
Ötən il isə Azərbaycan 172 min ton pomidor ixrac edib ki, bunun da 170 min tonu, yaxud 98,8%-i Rusiyaya göndərilib.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti