Ekspert mövsümü meyvələrin və tərəvəzin bahalaşmasının səbəbini açıqladı

10-07-2019, 14:35
5
Ekspert mövsümü meyvələrin və tərəvəzin bahalaşmasının səbəbini açıqladı

Azərbaycanda son günlərdə təbiət dəyişikliyi yaşanmaqdadır. Belə ki, bir çox bölgələrdə iyul ayı üçün xarakterik olmayan hava şəraiti müşahidə olunur, bəzi yerlərdə hətta yağış yağıb.

Bəs bu cür hava şəraiti kənd təsərrüfatı məhsullarına necə təsir göstərə bilər?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bizimyol.info-ya bilirib ki, mövsümü məhsulların qiymətində bahalaşmanın müşahidə olunma səbəbi hava şəraiti ilə bağlıdır. müşahidə olunan mövcud hava şəriati mövsümü məhsulların qiymətinə təsir göstərir: “İstixanalarda və digər qapalı müəssisələrdə istehsal prosesi təqviminə görə istehsal iyun ayına qədər başa çatdırılır. İyul ayında açıq sahə tərəvəzçiliyi dediyimiz tərəvəz, bostan və digər məhsullar bazar girirdi deyə dövriyyədə fasiləsizlik əmələ gəlirdi. Nəticədə bazarda qiymətlərdə stabillik əmələ gəlirdi, hətta ucuzlaşma olurdu. Bu proses oktyabr ayına qədər davam edirdi. Soyuq hava şəraiti başladığına görə məhsul istehsalı qapalı müəssisələrdə həyata keçirilirdi. Və yenidən qiymətlərdə artım müşahidə olundu”.

Nicat Nəsirli KT eksperti

Ekspert deyib ki, mövcud hava şəraiti meyvə məhsulları ilə yanaşı tərəvəz məhsullarının istehsalına da mənfi təsir göstərib: “Əkinə tətbiq olunan toxumlar 3 qrupa bölünür: Tez yetişən, orta və gec yetişən. Bunu əkinçilərin özü elə tənzimləyirdi ki, bu toxum sortları ardıcılıqla yetişdirdi və məhsullar bazara çıxırdı. Nəticədə oktyabr ayına qədər bazarda boşluq yaranmırdı. Məsələn, ilin bu vaxtında müşahidə olunan mövcud hava şəraiti məhsulların yetişməsi üçün münbit şərait yaratmır. Tərəvəz məhsullarında istilik bir nömrəli məsələdir. Bu məhsulların yetişməsi üçün 25-30 dərəcə istilik tələb olunur. Faydalı temperatur əmsalı pozulduğuna görə, bütün məhsulların yetişməsində gecikmə müşahidə olunur. Qarpızda da, tərəvəz məhsullarında da vəziyyət belədir”.

Ekspert N.Nəsirli bildirib ki, mövcud hava şəraiti nəticəsində 2 həftə məhsulların yetişməsində gecikmə olub: “Hava haqqın verilən məlumat özünü doğrultsa, yəni havalar istiləşsə, 10 gündən sonra məhsulalr yetişəcək və bazara daxil olacaq. Bu da məhsulların ucuzlaşmasına səbəb ola bilər”.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti