Sənədsiz evlərin sığortalanması nə şəkildə olacaq? – Ekspertdən açıqlama

14-10-2019, 16:22
12
Sənədsiz evlərin sığortalanması nə şəkildə olacaq? – Ekspertdən açıqlama

2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması qaydaları qüvvəyə minəcək. Bizimyol.info xəbər verir ki indiyə qədər daşınmaz əmlakın sığortsı yalnız hüquqi şəxslərə aid idisə, indi həm hüquqi, həm də fiziki şəxslər evlərini icbari qaydada sığortalatmalıdırlar. Bakıda və Abşeronda 50 manat müqabilində 25 min manatlıq sığorta paketi təklif olunur. Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat müqabilində 20 000 manatlıq,digər yaşayış məntəqələrində 30 manat müqabilində 15 000 manatlıq paket əldə etmək mümkün olacaq. Qaydalara əməl etməyənləri 30 manat cərimə gözləyir. 20 gün ərzində müqavilə bağlanmasa yenidən 30 manat cərimə tətbiq ediləcək. Bəs qeydiyyatsız evlərlə bağlı vəziyyət necə olacaq? Əldə etdiyimiz məlumata görə, təkcə Bakı şəhərində 600 000 sənədsiz ev var. Onların sığortalanmasını hansısa şirkət üzərinə götürəcəkmi?

\Mənzil Bizimyol.info-nun bu sualını cavablandıran iqtisadçı Rəşad Həsənov qeyd edir ki, sənədsiz evlərin sığortalanması riskdir və bu riski heç bir sığorta şirkəti öz üzərinə götürməyəcək. “Bakı şəhərində yarım milyondan çox sənədsiz ev var. Sığorta şirkətləri yalnız rəsmi çıxarışı (kupçası) olan evləri sığortalayırlar. Çıxarış olmayan evlərdən əmlak vergisi də yığılmır. Vergi Məcəlləsində əmlakı təsdiq edən sənəd kimi yalnız çıxarış tələb olunur. Buna görə çıxarışı olmayan evlər bu məsələdən kənarda qalır. Bura həm fərdi evlər, həm də rəsmi sənədi -çıxarışı olmayan çoxmərtəbəli binalar, çoxmənzilli yeni tikililər də aiddir. Onlara həm əmlak vergisi, həm də icbari sığorta şamil edilməyəcək.Təsəvvür edin ki, sənədiniz yoxdur, sığorta şirkəti sizi sığortalayır. Səhər gəlib dövlət tərəfindən bu evlər sökülsə sığorta şirkəti güclü ziyana düşür. Ona görə, sığorta şirkətləri bu məsələni öz üzərlərinə götürmürlər”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti