Məkkədə tapılmış qədim dəmir pulu 2 milyon dollara satırlar

15-10-2019, 23:44
7
Məkkədə tapılmış qədim dəmir pulu 2 milyon dollara satırlar

Dünyanın nadir dəmir pullarından biri çox baha qiymətə satışa çıxarılıb. Eramızdan əvvəl 732-ci ildə kəsilmiş qızıl dinara təxminən 2 milyon dollar (1,5 milyon funt sterlinq) ilkin qiymət qoyulub.  Bizimyol.info xəbər verir ki, dünyanın ən qədim pullarından biri hərracda satılacaq. Yəni qiymət daha baha ola bilər. Dəmir pullar üzrə mütəxəssis Stiven Llloyd deyir ki, dünyada belə onlarla dəmir pul var, amma məhz bu çox yaxşı qalıb. Qızıl pul Məkkə yaxınlığında kömür mədənlərindən birində aşkar edilib. Hərrac oktyabrın 24-də baş tutacaq. Sentyabrda 8-ci Eduardın şəkli olan dəmir pul London hərracında 133 min funt sterlinqə (165 min dollar) satılmışdı. Start qiymət bundan təxminən iki dəfə az olmuşdu.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti