Son 10 ildə bu sahədə artıma nail olunub - Nazir

19-10-2019, 22:49
15
Son 10 ildə bu sahədə artıma nail olunub - Nazir

Son 10 ildə ölkədə elektrik enerjisinin istehsalında 18 faiz artıma nail olunub.

Axar.az xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov oktyabrın 19-da jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev energetika sahəsinə böyük qayğı göstərir. Nəticə etibarı ilə bu sahədə daim köklü dəyişikliklər baş verir: “Son 10 il ərzində Azərbaycanda elektrik enerjisinin istehsalının 18 faiz artması bunun bariz nümunəsidir. Hətta respublikamız bu sahədə elektrik enerjisinin ixracatçısına çevrilib. Ötən 10 il ərzində ixracda 78 faiz artım olub. Ölkədə enerji sahəsində itkilər 22,6 faizdən 10,5 faizə enib. Bu ilin 9 ayında elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artıb. Növbəti illərə isə 8-10 faiz artım gözlənilir”.

P. Şahbazov vurğulayıb ki, dövlət başçısının tapşırığına əsasən Energetika Nazirliyi tərəfindən bütün energetika sahəsini əhatə edəcək inkişaf strategiyası işlənilir. Həmçinin bərpaolunan enerji sahəsində müvafiq təkliflər hazırlanır. Bundan başqa, enerji sisteminə özəl investisiyaların cəlbi, sistemin daha da inkişaf etdirilməsi, onun müasir metodologiyalar ilə idarə olunması üzrə də müvafiq işlər görülür.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti