Azərbaycana innovasiyalı vaqonlar gətiriləcək

20-03-2020, 15:30
33
Azərbaycana innovasiyalı vaqonlar gətiriləcək

 


 

Rusiyanın ən iri yük vaqonları istehsalçısı, innovasiyalı vaqon istehsalı üzrə lideri olan "Birləşmiş Vaqon Şirkəti" Elmi İstehsalat Korporasiyası Azərbaycan bazarına çıxır.
 Korporasiyanın saytına istinadən xəbər veririk ki, imzalanan müqavilələrə əsasən, cari ilin ikinci rübündə "Soyuzkontrakt-Trans" MMC-yə 40 ədəd taxıl və üyüdülmüş məhsullar üçün yeni nəsil "19-9549" tipli 76 ton tutumlu hopper vaqonu, "ATU Trans" MMC-yə isə 18 ədəd yeni nəsil "13-6895" tipli 72,5 ton tutumlu taxta-şalban platformu, üçüncü rübdə də 5 ədəd yeni nəsil "11-6874" tipli 73 ton tutumlu qapalı vaqon tədarük ediləcək. Ölkəmizə ilk dəfə gətiriləcək adıçəkilən vaqonlar ox başına 25 tonluq yüklənməsi olan yeni təkər dəstləri ilə təchiz olunub.
Müqaviləni şərh edən "Soyuzkontrakt-Trans" MMC-nin baş direktoru İlyas Səfərov bildirib ki, Azərbaycanda taxıl məhsullarının idxalat və tranzit daşımaları getdikcə artır: "Bizim şirkət də bu proseslə ayaqlaşmağa çalışır. Rusiyadakı tərəfdaşımız olan “Sim Trans Group”un tövsiyəsinə əsasən, biz bu innovasiyalı vaqonlardan aldıq və bununla da bazardakı rəqabət zamanı daha əlverişli mövqe qazanacağımızı düşünürük".
"ATU Trans" MMC-nin baş direktoru Rafiq Şıxamirov isə qeyd edib ki, bu yükgötürmə qabiliyyəti olan vaqonlar 1 520 məkanda bir neçə ildir istifadə olunur: "Onlar etibarlı, yüksək yüklənməyə malikdir, daşıma və servisi isə baha başa gəlmir. Yeni nəsil olan bu vaqonların Azərbaycanda da üstünlüklərini tezliklə görəcəyik".
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti