"Təklif edirəm ki, Binə, Sədərək yarmarkalarının, Mall-ların fəaliyyəti dayandırılsın"

21-03-2020, 10:00
27
"Təklif edirəm ki, Binə, Sədərək yarmarkalarının, Mall-ların fəaliyyəti dayandırılsın"

 


 

Nazirlər Kabinetinin qərarı ilə bir çox dövlət strukturlarının əməkdaşları martın 29-dan aprelin 29-a qədər məcburi məzuniyyətə göndərildilər. Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək. Bu qərara münasibətim normaldır. Amma hesab edirəm ki, bu qərarla yanaşı, xüsusilə də qeyri-ərzaq məhsullarıının kütləvi satış mərkəzləri, o sıradan da Binə, Sədərək yarmarkaları, Mall-ların fəaliyyətinin dayandırılmasına qərar verilməlidir.
Bu, 2 səbəbdən, birincisi insanların təhlükəsizliyi baxımından, ikincisi isə həmin yarmarkalarda çalışan iş adamlarının, ticarətçilərin icarəçilər və vergi orqanları qarşısındakı öhdəliklərinin dayandırılması nöqteyi-nəzərindən vacibdir.
Əks təqdirdə icarəçi qarşısında öhdəliklərini yerinə yetirmək üçün hər gün işə çıxmağa məcbur olan icarədar alıcılıq qabliyyətinin azaldığı indiki şəraitdə həm özünü təhlükəyə atır, həm də hər gün xərcə işləyir. Hesab edirəm ki, bu məsələyə dövlət müdaxiləsi zəruridir və onun daha da tez baş verməsi vacibdir ki, iş adamları izafi xərclərdən (kirayə haqqı və sair ödənişlər) xilas edə bilər.
Qubad İbadoğlu, İqtisadçı alim
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti