9 ayda əsas kapitala 10,4 milyard manat vəsait yönəldilib

15-10-2020, 07:48
15
9 ayda əsas kapitala 10,4 milyard manat vəsait yönəldilib

 

2020-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 milyard 430,2 milyon manat məbləğində vəsait yönəldilib. 
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala 3,8 faiz az vəsait yönəldilib.
Həmçinin, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,2 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,1 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 6 milyard 995,8 milyon manatı və ya 67,1 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 492 milyon manatı (23,9 faizi) xidmət sahələrinə, 942,4 milyon manatı (9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 665,8 milyon manatını və ya 63,9 faizini daxili vəsaitlər təşkil edib. 
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,9 faiz, büdcə vəsaitləri 22,3 faiz, bank kreditləri 6,5 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, sair vəsaitlər 3,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8 faiz təşkil edib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti