“İşğaldan azad edilən rayonlarda fəaliyyət banklar üçün gəlirli və maraqlı ola bilər”

19-11-2020, 09:44
10
“İşğaldan azad edilən rayonlarda fəaliyyət banklar üçün gəlirli və maraqlı ola bilər”

Əkrəm Həsənov: “Doğrudur, müştəri sayında dəyişiklik baş verməyəcək, amma...”

 

30 ilə yaxındır ki, işğal alktında qalan torpaqlarımızın ordumuz tərəfindən azad edilməsi ölkəmizi sadəcə hərbi-siyasi deyil, həm də iqtisadi baxımdan yeni perspektivlərlə üz-üzə qoyub. Mütəxəssislər hesab hedir ki, Qarabağın azad edilməsi ölkə iqtsiadiyyatında ciddi inkişafa yol açacaq.

 

Maraqlıdır, bəs bu yeni situasiya ölkəmizin bank sektoruna necə təsir göstərəcək?

 

Açıqlama verən bank-maliyyə məsələləri üzər mütəxəssis Əkrəm Həsənov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Bank filiallarının, bank şəbəkələrinin sayı artacaq. Bank müştərilərinin sayı baxımından isə təbii ki, artım olmayacaq. İşğaldan azad edilən torpöaqlarımıza qaçqın və məcburi köçkünlərimiz qayıdacaq. Bu baxımdan da banklar regionalrda filiallar açmaq üçün müəyyən xərclər çəkməli olacaq. Hansı ki, əsər bankların buna imkanı yoxdur. Yəqin ki, əvvəlcə 3-4 iri bankarılmız orada filial şəbəkəsi  açacaq. İlk dövrlər bank sistemimizin filial şəbəkəsi genişlənəcək. Ancaq əmanət və kredit baxımından artım olmayacaq. Çünki söhbət eyni müştərilərdən gedir. Başqa bir məsələ ki, həmin regionlarda həm sahibkarlar, həm də vətəndaşlar üçün müəyyən dövlət proqramları olacaq. Bu baxımdan həmin regionlarda fəaliyyət banklar üçün gəlirli və maraqlı ola bilər”.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti