Sabirabadlı fermer də prezident İlham Əliyevin təşəbbüsünə qoşuldu...

25-03-2020, 10:00
44
Sabirabadlı fermer də prezident İlham Əliyevin təşəbbüsünə qoşuldu...

 


Bu günədək Prezident İlham Əliyevin yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 60 milyon manatadək vəsait yığılıb. 

Amma vəsait köçürülməsi davam edir. Bir az öncə Azərbaycanın ən tanınmış fermerlərindən biri, Sabirabadlı Əfras Əsgərov əlaqə saxlayaraq həmin fonda 500 manat köçürəcəyini bildirdi.
Xatırladaq ki, Əfras Əsgərov ötən il 135 hektardan 568 ton pambıq tədarük edib və bunun 80 faizini maşınla yığıb. Bu il 175 hektar əkməyə və 700 ton pambıq yığmağa hazırlaşır.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti