“Mən sizin üçün çox darıxmışdım” - Ebru Gündeşin Bakı konsertində yaşananlar - FOTOLAR

4-11-2018, 15:06
296
“Mən sizin üçün çox darıxmışdım” - Ebru Gündeşin Bakı konsertində yaşananlar - FOTOLAR

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Bakıda konsert proqramı ilə çıxış edib.

AZXEBER.COM xəbər verir ki, musiqili gecə Heydər Əliyev Sarayında baş tutub. Sənətçi uzun illər sonra Azərbaycana gələrək pərəstişkarları ilə görüşüb. Ebru səhnəyə "Gönlümün efendisi" mahnısını ifa edərək çıxıb. Bir neçə məşhur mahnısını ifa edən sənətkar daha sonra hər kəsi salamlayıb və Bakı üçün çox darıxdığını bildirib:

 "Mən çox darıxmışam, bəs siz? Hər kəsə təşəkkür edirəm, xoş gəlmisiz. Hamınızı salamlayıram. Çox xoşbəxtəm, bura ikinci vətənimizdir. Həmişə belə görmüşük". O, gecədə özünün və həmkarlarının repertuarına müraciət edərək məşhur mahnıları səsləndirib. Gündeş konsertdə üç Azərbaycan mahnısını da ifa edib. Onun bu addımı alqışla qarşılanıb.

Ebru Gündeşin konserti 2 saat davam edib. Konsertdə azərbaycanlı müğənni Aygün Şükürova da səhnəyə çıxaraq, mahnı ifa edib. 

Qeyd edək ki, konsert A.M Prestige Production-un təşkilatçılığı ilə baş tutub.

Konsertdən fotoları təqdim edirik: 

 

 


скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti