Əlixan Rəcəbov evləndi - FOTO/VİDEO

13-07-2019, 22:53
223
Əlixan Rəcəbov evləndi - FOTO/VİDEO

Tanınmış video bloqer Əlixan Rəcəbov evlənib.

Oxu.Az xəbər verir ki, toy paytaxt restoranlarından birində baş tutub.

Əlixanın həyatını birləşdirdiyi xanımın adı İlonadır. Cütlüyün toy məclisinin musiqi hissəsi müğənni Azad Şabanova həvalə olunub.

Azad Əlixan ilə İlonanın restoranın qarşısında avtomobildə olan görüntülərini lentə alaraq “İnstagram” hesabında paylaşıb.

Diqqət çəkən məqamlardan biri isə Əlixanın toydan olan görüntülərini şəxsi sosial media hesabında paylaşmaması olub.

Video bloqerin xoş gününə bir çox tanınmış incəsənət nümayəndələri, onun hazırda fəaliyyət göstərdiyi internet üzərindən yayımlanan CVN TV-nin əməkdaşları dəvət olunub.

 

 

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti