Zeynəb Xanlarovanın konserti təxirə salınır? - Koronavirusa görə

5-03-2020, 12:30
2 276
Zeynəb Xanlarovanın konserti təxirə salınır? - Koronavirusa görə

 


 

Koronavirusun yayılması ilə bağlı bir çox konsertlərin vaxtı dəyişdirilib. Son zamanlar sosial mediada xəbər yayılıb ki, Xalq artisti Zeynəb Xanlarovanın da konserti təxirə salınacaq.
Məsələni aydınlaşdırmaq üçün Modern.az Bakı Konqres Mərkəzi ilə əlaqə saxlayıb.
Bakı Konqres Mərkəzindən saytımıza bildirilib ki, təxirə salınma ilə bağlı hələ ki onlara məlumat verilməyib:
“Çox güman ki, bu konsert də təxirə salınacaq. Yenə də bildiririk ki, dəqiq məlumatımız yoxdur. Təxirə salınma ilə bağlı bir xəbər olsa, mətbuata məlumat veriləcək”.
Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonrakı açılış münasibəti ilə konsert vermişdi. Müğənninin 12 ildən sonra - martın 18-də Bakı Konqres Mərkəzində yenidən konsert verəcəyi gözlənilir.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti